Az | EN

Azərbaycan startapı beynəlxalq yarışda 3-cü yerə çıxıb

Nail Valiyev
13 İyun 2023 13:56
853 baxış
Azərbaycan startapı beynəlxalq yarışda 3-cü yerə çıxıb

Prime Parking 64-cü UITP (Beynəlxalq İctimai Nəqliyyat Assosasiyasının) Qlobal Nəqliyyat Sammiti daxilində keçirilən beynəlxalq hakatonda Azərbaycanı təmsil edərək üçüncü yerə layiq görülüb. Barselonada keçirilən hakatonda iştirak edən startap nəqliyyatda mobilliyi təmin etmək üçün alternativ həllər təqdim edir.  

“PrimeParking” dayanıqlı şəhər inkişafını təmin etmək missiyası ilə eyni anda sürücülərə, cəmiyyətə və bizneslərə fayda verən, adi parkinq seçimlərinə innovativ alternativ təqdim edir. Süni intellektlə hərəkətlilik təlimi və hər kəs üçün əlçatan parkinq proqramlarını özündə cəmləyən start-up, beynəlxalq münsiflərin xüsusi marağına səbəb olub.
Startapın təsisçisi Ülviyə Abasovadır.

© copyright 2022 | tech.az | info@tech.az