Azərbaycan startapı Beep Genesis və Meta tərəfindən keçirilən akselerasiya proqramına qəbul olub. Proqrama Beep startapı seçilib. Startap Fərid Şükürov tərəfindən qurulub.
“Accelerator by Genesis/Meta” Meta və Genesisin ortaq keçirdiyi, AWS, Notion-un dəstəklədiyi akselerasiya proqramıdır. 3 aylıq proqramda Meta-nın ekspertləri iştirak edirlər. Bu vaxta qədər akselerasiya proqramı vasitəsi ilə 7 milyon dollar investisiya edilib.
Beep ilə internet aləmindəki xəta və səhvlər qısa zamanda aradan qaldırıla bilir. Startap saytların incələnməsi prosesini avtomatik həyata keçirir. Beep startapı 500 Georgia akselerasiya proqramından məzun olub. Startap akselerasiya proqramından 100 000 dollar investisiya əldə edib.