Az | EN

Azərbaycan startapı Reluxe Gürcüstan bazarına daxil olur

Cəmil Hüseynzadə
29 Fevral 2024 10:56
481 baxış
Azərbaycan startapı Reluxe Gürcüstan bazarına daxil olur

Azərbaycan startapı Reluxe Gürcüstan bazarına daxil olur. Bu barədə startapdan Tech.az Mediaya məlumat verilib. 

Verilən məlumata görə Reluxe startapı bu ilin aprel ayından etibarən Gürcüstanda fəaliyyətə başlayacaq. İstifadəçilərinə lüks geyimləri ən uyğun qiymətlərlə almağa, satmağa və icarəyə verməyə imkan verən startap aprel ayında etibarən Gürcüstanın paytaxtı Tbilisidə xidmətə başlayacaq. Bu məqsədlə artıq Gürcüstandan olan istifadəçilər üçün platformada "erkən qeydiyyat" (Early Access) bölməsi yaradılıb.

Azərbaycanda 2 ildən qısa müddətdə artıq 10 mindən çox istifadəçisi olan Reluxe platformasına qonşu ölkələrdən də böyük maraq olduğunu nəzərə alan təsisçilərimiz, məhsulu ilk olaraq Gürcüstan daha sonra isə Türkiyə və Avropa bazarlarına çıxarmağı planlaşdırır.

Daha öncə Reluxe AGA Group və Lotfi Zadeh Technology Center-dən 102 min manat investisiya almışdı.

© copyright 2022 | tech.az | info@tech.az