Az | EN

Azərbaycanda ilk dəfə “CulTech Hakatonu” keçiriləcək

Nail Valiyev
23 Noyabr 2023 11:32
1319 baxış
Azərbaycanda ilk dəfə “CulTech Hakatonu” keçiriləcək

Azərbaycanda ilk dəfə kreativ sektorda olan problemlərə innovativ həll yolları tapmağa çalışan komandaları bir araya gətirən “CulTech Hakatonu” təşkil olunacaq.

Hakaton zamanı 48 saat boyunca iştirakçılar mentor dəstəyi alıb və öz innovativ məhsullarının prototiplərini hazırlamış olacaqlar. Ən sonda keçiriləcək müsabiqədə isə münsiflər heyəti tərəfindən seçilmiş komandalar mükafatla təltif olunacaq.

Hakaton istiqamətləri:

  • Rəqəmsal Mədəni irsin Qoruması
  • Mədəniyyət və incəsənətlə bağlı məzmunun yaradılması və paylanması
  • Muzeylər və Qalereyalar üçün Artırılmış Reallıq (AR)
  • Dil və Mədəniyyət Mübadiləsi Platformaları
  • Teatr və Tamaşa İncəsənətində Virtual Reallıq (VR)
  • Mədəniyyət və incəsənətlə bağlı Dayanıqlılıq və İnklüzivlik
  • Mədəniyyət və incəsənətlə bağlı Turizmin Təkmilləşdirilməsi
  • Mədəniyyət və incəsənətlə bağlı Təhsil Vasitələri
  • Mədəniyyət və incəsənətlə bağlı Məlumat Analitikası

Və ya bu sahədə başqa innovativ ideyalar
 

Qeyd edək ki, Hakatona komanda şəklində müraciət olunmalıdır. Hakaton 1-3 Dekabr tarixlərində Nizami Kino Mərkəzində keçiriləcək. 

Buradan linkə daxil olaraq Cultech Hackathon hissəsindən formanı dolduraraq qeydiyyatdan keçə bilərsiniz

Qeydiyyat üçün son tarix: 27 noyabr-dır.

Qeyd: Hakaton Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və "SUP VC" şirkətinin birgə təşkilatçılığı ilə "Yaradıcı Həftə" çərçivəsində reallaşacaq.
 

© copyright 2022 | tech.az | info@tech.az