Yeni Mələk Investisiya Klubu "Divida Angel Club"-ı qarşılayın. Divida Mələk Investor Klub-un 9 aprel tarixində İbis oteldə açılış tədbiri keçirildi.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, KOBSKA, ekosistemdə tanınmış investorlar, media nümayəndələri və digər ekosistem oyunçuları iştirak etdilər.
Divida Mələk Investor Klubu regional - Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə ekosistemlərində olan startup və biznesləri mələk investorlarla birləşdirmək məqsədilə 2024-cü ildə yaradılmışdır.
Tədbirdə klubub qurucu partnyoru və rəhbəri Mübariz Şahbazlı Dividanın təqdim etdiyi imkanlar, dəstəklər, gələcək məqsədləri və yeni yaranan club haqqında ətraflı məlumat verərək çıxış etdi. Bir sıra müzakirələrin də getdiyi tədbirdə həm də yeni üzvlərin qeydiyyatı da aparılmışdır.