Az | EN

Azərbaycanı təmsil edən komanda nüfuzlu beynəlxalq yarışda 2-ci yerin qalibi olub

Nail Valiyev
23 Sentyabr 2024 12:51
344 baxış
Azərbaycanı təmsil edən  komanda nüfuzlu beynəlxalq yarışda 2-ci yerin qalibi olub

İRİA-nın Kibertəhlükəsizlik komandası beynəlxalq CTF yarışında uğura imza atıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Kibertəhlükəsizlik komandası, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMSEC) tərəfindən təşkil olunan kibertəhlükəsizlik üzrə beynəlxalq CTF yarışında ikinci yeri tutub.

18 ölkənin müxtəlif komandaları ilə yarışan Azərbaycan qalibiyyət üçün Pakistan, Küveyt, Qətər və Livan komandaları ilə başabaş mübarizə aparıb. Hər bir komanda 4 CTF mütəxəssisindən ibarət olub və iştirakçılar yarışma boyunca öz texniki bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, finalçılar noyabr ayında İstanbulda baş tutacaq mükafatlandırma mərasimində iştirak edəcəklər. 4 noyabr 2024-cü il tarixində İSEDAK Nazirlərinin 40-cı iclası çərçivəsində keçiriləcək tədbirdə qalib komanda üzvlərinə Prezident İdarəsi tərəfindən mükafatlar təqdim olunacaq. Bununla yanaşı, kibertəhlükəsizlik sahəsində xüsusi təlimlərin də təşkil ediləcəyi planlaşdırılır. 

© copyright 2022 | tech.az | info@tech.az