Azərbaycanın ən yaxşı mobil bank tətbiqləri məlum olub. “SME Banking Agency” Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə bankların biznes mobil tətbiqinin effektivliyinə dair apardığı araşdırmanın nəticələrini açıqlayıb. 110 kriteriya üzrə qiymətləndirmənin nəticəsinə əsasən, “PAŞA Bank” Azərbaycan bankları arasında “Ən yaxşı biznes mobil tətbiqi” nominasiyasında qalib gəlib. Nominasiya üzrə ikinci yerdə Kapital Bank-ın BirBank mobil tətbiqidir.
SME Banking Club məlumat, analitik və təcrübə mübadiləsi üçün biznes bankirlərini bir araya gətirən beynəlxalq platformadır. O, mikro, kiçik və orta biznesə xidmət üçün yerli, regional və qlobal bazarların necə inkişaf etdiyini öyrənir.