Az | EN

Azərbaycanlı tələbələr Trendyol-da təcrübə keçəcəklər

Nail Valiyev
15 Dekabr 2023 15:12
1054 baxış
Azərbaycanlı tələbələr Trendyol-da təcrübə keçəcəklər

Kiber Təhlükəsizlik Platforması Türkiyənin qabaqcıl online alış-veriş platforması olan Trendyol ilə akademik əməkdaşlığa başlayır. Bu əməkdaşlığın ilk fəaliyyəti olaraq Kiber Təhlükəsizlik Platformasının nəzdində fəaliyyət göstərən Kibertəhlükəsizlik Akademiyasının tələbələrinin təcrübə proqramına start verilir. Trendyolun İstanbul şəhərində yerləşən əsas mərkəzində, İnformasiya Təhlükəsizliyi departamentində 24-26 dekabr tarixləri arasında kibertəhlükəsizlik üzrə peşəkar təlim və təcrübə proqramı baş tutacaq. Seçilmiş ən uğurlu tələbələrin iştirak edəcəyi bu layihədə proqramı onların biliklərini genişləndirmək üçün əvəzsiz bir fürsətdir. 

Kiber Təhlükəsizlik Platforması Azərbaycanda kibertəhlükəsizlik təlimləri keçir. Platformanın tələbələri dünyanın ən nüfuzlu şirkətlərində kibertəhlükəsizlik boşluqları aşkar ediblər. Kiber Təhlükəsizlik Platformasının məzunları ölkənin qabaqcıl şirkətlərində çalışırlar.

© copyright 2022 | tech.az | info@tech.az