Az | EN

Azərbaycanlı təsisçinin startapı 1.5 milyon dollar investisiya alıb

Cəmil Hüseynzadə
13 Sentyabr 2023 12:39
1962 baxış
Azərbaycanlı təsisçinin startapı 1.5 milyon dollar investisiya alıb

Bayazid Məlikovun həmtəsisçisi olduğu Tailbox startapı 1.5 milyon dollar investisiya alıb. MİT nəznində qurulan startap süni intellekt ilə səyahət planlaması təqdim edir. 

Bəyazıd Məlikov, Stiven Kaufer, Eduardo Schuch,

Bayazid Məlikov və Eduardo Schuch tərəfindən startap 2023-cü ildə ildə qurulub. Tailbox-un əsas məqsədi Generativ Süni İntellektdən istifadə edərək səyahət planlamasıbı optimallaşdırmaqdır. Bu yaxınlarda startap MİT-nin delta v Accelerator proqramından məzun olub. Startap daha az tanınan saytları üzə çıxarmaqla səyahətçiləri ziyarət etdikləri yerlərlə daha dərindən əlaqələndirməklə hər bir səyahət təcrübəsini zənginləşdirməyi hədəfləyir. Tailbox maraqlardan (tarix, yemək, memarlıq və ya folklordan) aslı olaraq xüsusiləşmiş səyahət planlamasını süni intellekt əsasında təmin edir. 

Startapa 1.5 milyon dollar toxum investisiyasını Link Ventures edib. Bu investisiyanı startap öz məhsulunu inkişaf etdirmək üçün istifadə edəcək.

© copyright 2022 | tech.az | info@tech.az