Az | EN

Bakcell kart təqdim edir

Cəmil Hüseynzadə
27 Fevral 2024 14:12
5292 baxış
Bakcell kart təqdim edir

Bakcell yeni fintex məhsulunu təqdim etməyə hazırlaşır. Azərbaycanın ilk mobil operatoru Bakcel yeni rəqəmsal kartı ilə fintex bazarına giriş edir. Yeni rəqəmsal kart artıq bir sıra Bakcell müştərilərinə mobil tətbiqdə təqdim edilib. 

Hələ ki, debet kart istifadəyə verilmədiyi üçün detallı məlumatlar məlum deyil. Yanlız aşağıdakı xüsusiyyətlər bilinir.

Kartın xüsusiyyətləri:

  • 30%-ə qədər keşbek (minimum 1,2 %);
  • Xüsusi "Bakcell" kampaniyaları: Bakcell tətbiqindən Bakcell kartı ilə nömrə balansı artırıldıqda 5 GB-a qədər internet bonusları;
  • "Ulduzum Premium" – kart sahibləri üçün əlavə üstünlüklər.

Daha əvvəl də Bakcell Unibankla birlikdə ortaq kart istifadəyə vermişdi. İndi isə mobil operator özü kartını tam sərbəst təqdim edir. Daha öncə Azercell öz rəqəmsal kartı olan akart-ı təqdim etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az