Az | EN

Bakıda keçiriləcək "GameJamPlus"a qeydiyyat başlayıb!

Cəmil Hüseynzadə
08 Oktyabr 2024 00:54
128 baxış
Bakıda keçiriləcək "GameJamPlus"a qeydiyyat başlayıb!

Oyun tərtibatçılarının diqqətinə!

18-20 oktyabr 2024-cü il tarixlərində keçiriləcək beynəlxalq səviyyədə tanınmış "GameJamPlus" oyun tərtibatı marafonuna ilk dəfə Azərbaycan da qoşulacaq. 

İştirakçılar 48 saat ərzində öz oyun prototipləri hazırlayacaq. İşlək vəziyyətdə olan və gameplay videosu təqdim edən layihələr onlayn formatda keçiriləcək inkubasiya-akselerasiya proqramında iştirak imkanı qazanacaq. Bundan əlavə, hər bir komanda oyun prototipi ilə yanaşı, təqdimat sənədi (pitch document) də hazırlamalıdır. 

Qeydiyyat proseduru:
1. gamejamplus.com rəsmi veb-saytına daxil olun və "JOIN JAM" düyməsini seçin.
2. Açılan qeydiyyat səhifəsində tələb olunan bütün məlumatları dəqiqliklə doldurun.
3. Qeydiyyatdan sonra e-poçt ünvanınıza göndərilən təsdiq linkini aktivləşdirin.
4. Saytın "Regions" bölməsində "EUROPE and NORTH AMERICA" alt-bölməsini seçin və "Gamepons (Creative Hub)" qrupuna qoşulun.
5. Komanda liderləri "My Team" bölməsindən yeni komanda yaratmalıdır. Digər üzvlər isə komanda liderinin təqdim etdiyi "Join Code" vasitəsilə komandaya qoşulmalıdır.

Qeyd: İnkubasiya-akselerasiya proqramında iştirak etmək istəyən komandalar oyun prototipi ilə yanaşı, təqdimat sənədi (pitch document) də hazırlamalıdır. 

Son qeydiyyat tarixi: 15 oktyabr 2024
Açılış mərasimi: 18 oktyabr saat 19:00
Ünvan: Yaradıcı Mərkəz (Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 29, 9-cu mərtəbə)

© copyright 2022 | tech.az | info@tech.az