Az | EN

“Baktelecom” 4 min manatadək məbləğdə cərimə edilir

Nail Valiyev
06 Dekabr 2023 11:53
668 baxış
“Baktelecom” 4 min manatadək məbləğdə cərimə edilir

“Bakı Telefon Rabitəsi” MMC-yə cərimə protokolu yazılıb.

Tech.az xəbər verir ki,  şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

İXM-nin həmin maddəsinə əsasən, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

©banker.az

© copyright 2022 | tech.az | info@tech.az