Prezident Joe Biden-in təxminən 80 yaşı var, lakin o, sosial mediaya olduqca bağlı olduğu bildirilir. Biden Twitter və Instagram-da şəxsi və POTUS hesablarını idarə edir, indi isə Bayden-ə həmçinin TikTok hesabı da açılıb. Bununla belə, bildirək ki, bu TikTok hesabı Ali Baş Komandan tərəfindən idarə edilməyəcək. Əldə olunan məlumatlara görə, Baydenə bağlı qeyri-kommersiya “Building Back Together” qrupu prezidentin adından TikTok hesabını idarə edəcək. Qrup digər sosial şəbəkələrlə müqayisədə TikTok-dan daha çox istifadə edən gənc istifadəçilər arasında Baydenin siyasət gündəmini daha da genişləndirmək üçün 6 aprel “buildingbacktogether” adı altında TikTok hesabını açıb. Hesabın ABBA mahnısına köklənmiş "Gimme! Gimme! Gimme! (A Man After Midnight)" adlı ilk videosu Bayden administrasiyasının indiyədək əldə etdiyi nailiyyətləri, o cümlədən Amerikanın Bərpa Planı, İkitərəfli İnfrastruktur Aktının qəbulunu əks etdirir.