Az | EN

Bil Qeyts bu qış oxumağa məsləhət gördüyü kitabların adını açıqlayıb

Bənövşə Kazımova
23 Noyabr 2022 15:23
541 baxış
Bil Qeyts bu qış oxumağa məsləhət gördüyü kitabların adını açıqlayıb

Dünyanın ən varlı şəxslərindən biri və "Microsoft" şirkətinin həmtəsisçisi Bil Qeyts bu qış oxumağa məsləhət gördüyü kitabların adını açıqlayıb.

1. "Stranger in a Strange Land" - Robert Heinlein: "Paul Allen və mən Haynlaynı uşaqlıqdan bəri çox sevirik və bu kitab hələ də bütün zamanların ən sevimli fantastika romanlarından biridir. Kitab Marsda böyüdükdən sonra Yerə qayıdan və yeni dini qəbul bir gəncin hekayəsindən bəhs edir. Düşünürəm ki, ən yaxşı elmi fantastika gələcəkdə mümkün olanlar haqqında səni düşündürməlidir. Məhz Haynlayn da bu kitabında hippi mədəniyyətinin yüksəlişini proqnozlaşdıra bilib."

2. "Surrender" - Bono:  "Bu kitab bu ay buraxılıb, ona görə də siyahıda oxuduğum sonuncu kitabdır. Əgər U2 rok qrupunun fanatısınızsa, bu barədə artıq məlumatınız ola bilər. Ancaq fanatı deyilsinizsə, Dublində böyüyən bir oğlanın necə dünya şöhrətli rok ulduzu və xeyriyyəçi olması barədə oxumaq sizin üçün maraqlı olacaq."

3. "Team of Rivals" - Doris Kearns Goodwin: "Mən Abraham Linkoln haqqında kifayət qədər məlumatlı deyiləm. Buna görə də kitabı bu mövzuda yazılmış ən yaxşı kitablardan biri hesab edirəm. Həmçinin ölkəmiz yenidən şiddətli irqi və ideoloji problemlərlə üzləşdiyi üçün kitab xüsusi aktuallıq kəsb edir. Qudvin Amerikanın ən yaxşı bioqraflarından biridir və "Team of Rivals" onun şah əsəridir."

4. "The Inner Game of Tennis" - Robert Gallwey: "1974-cü ildə buraxılmış bu kitabı, məncə, tennis oynayan hər kəs mütləq oxumalıdır, hətta ondan digər sahənin adamları da faydalana bilərlər. Kitab psixoloji narahatlığı, özünə şübhəni və diqqət yayınması hallarını aradan qaldırmaq üçün zehninizi və konsentrasiyanızı necə cəmləməyiniz barədə əla məsləhətlər verir."

5. "Mendeleyev’s Dream" - Paul Strathern: "Kimya elminin tarixi maraqlı şəxslərdə doludur, məsələn, dövri cədvəli ilk dəfə yuxuda görərək təklif edən rus alimi Dmitri Mendeleyev bunlardan biridir. Kitab cədvəlin qədim Yunanıstanda yaranma tarixinə qədərki məlumatları özündə ehtiva edir. Həmçinin elmin və insan marağının minilliklər ərzində necə inkişaf etdiyinə maraqlı baxış bucağı sərgiləyir."

© copyright 2022 | tech.az | info@tech.az