Bill Geytsin qızı Fibi Geyts və iqlim fəalı Sofiya Kianni tərəfindən təsis edilən süni intellekt (Sİ) dəstəkli "Phia" startapı, məşhur simaların da qatıldığı investisiya turunda 8 milyon dollar vəsait toplayıb. Kleiner Perkins-in rəhbərliyi ilə baş tutan tura Heyli Biber, Kris Cenner və Şeril Sandberq kimi tanınmış adlar dəstək verib.
Startap, istifadəçilərə müxtəlif funksiyalar təklif edir. Bu funksiyalara qiymət müqayisəsi, görünüşə görə oxşar məhsulları tapmaq, ikinci əl satış qiymətini təxmin etmək və qiymət enişləri barədə məlumat vermək daxildir. Qısa zamanda 500 min istifadəçi toplayan Phia, əldə etdiyi investisiyanı komandasını böyütmək və istifadəçilərə daha fərdi təcrübə yaşada biləcək süni intellekt köməkçisi hazırlamaq üçün sərf edəcək.