Az | EN

Bill Qeyts "Heineken" pivə şirkətinin bir hissəsini satın alıb

Bənövşə Kazımova
24 Fevral 2023 14:24
557 baxış
Bill Qeyts "Heineken" pivə şirkətinin bir hissəsini satın alıb

“Microsoft”un qurucusu Bill Qeyts dünyanın ikinci ən böyük pivə istehsalçısı olan Hollandiyanın “Heineken” şirkətinin 3,8 faizlik səhmini satın alıb.

Hollandiya Maliyyə Bazarları Təşkilatından əldə edilən məlumata görə, səhmlərin satışı rəsmi olaraq fevralın 17-də baş tutub. Pivə brendindən alınan səhmlərin ümumi dəyəri 902 milyon dollar olub.

Məşhur iş adamının səhmlərin bir hissəsini birbaşa özü, bir hissəsini isə xeyriyyə məqsədilə keçmiş həyat yoldaşı Melinda Qeytslə birlikdə qurduğu "Bill & Melinda Gates" Fondu vasitəsilə aldığı öyrənilib. Qeyd edək ki, Qeytsin aldığı səhmlər daha əvvəl Meksikanın pərakəndə satış və içki şirkəti FEMSA-ya məxsus idi. FEMSA həmçinin Coca-Cola qablaşdırma qrupunu idarə edir.

Əlavə olaraq bildirək ki, Bill Qeyts daha əvvəl də dünyanın ən böyük hotellərindən biri olan "Four Seasons"ı satın alaraq onun 71,25 faizlik səhmdarına çevrilib.

© copyright 2022 | tech.az | info@tech.az