Artıq istənilən BirKart Debet kartı ilə ölkədaxili köçürmə ve Kapital Bank ATM-lərində nağdlaşdırma komissiyasız mümkündür.
Ay ərzində Kapital Bank-ın ATM və POS terminallarından hər bir kart hesabı üzrə 4 000 AZN-dək məbləği nağdlaşdırmaq, həmçinin Birbank, UmicoBank və Kapital Bank-a məxsus ATM-lərdən ölkədaxili bank kartlarına kartdan karta əməliyyatları komissiyasız həyata keçirmək mümkün olacaq.
Qeyd edək ki, bu kartlara BirKart ƏDV debet, BirKart Umico debet, BirKart Cashback debet, BirKart Miles Debet, BirKart Umico Premium debet, BirKart Miles Premium debet kartları şamil edilir.