Az | EN

Bonus ala bilməyən Twitter işçiləri şirkəti məhkəməyə verib

Nail Valiyev
21 İyun 2023 13:54
273 baxış
Bonus ala bilməyən Twitter işçiləri şirkəti məhkəməyə verib

Twitter 2022-ci il üçün bonuslarını ödəməkdən imtina etdiyi üçün əməkdaşları tərəfindən məhkəməyə verilib. İlon Maskın satın alınması ilə yeni funksiyaları həyata keçirən şirkət digər tərəfdən də iddialarla üzləşməyə məruz qalıb. 

Twitter işçiləri bildiriblər ki, şirkət işçilərə nəzərdə tutulan məbləğin 50 faizini ödəməyi vəd etsə də, hələ də ödəmə həyata keçməyib. Onu da qeyd edək ki, Twitter-in illik nağd performans bonus planı İlon Mask şirkəti oktyabr ayında satın aldıqdan sonra dayandırılıb.

İddiaya girən işçilər isə bildirirlər ki, həm Maskın Twitter-i  almasından əvvəl, həm də sonra Twitter rəhbərliyi şirkət işçilərinə 2022-ci il üçün illik bonuslarının bonus planı çərçivəsində ödəniləcəyini qeyd edib. 

© copyright 2022 | tech.az | info@tech.az