Böyük Britaniya süni intellektin idarə edilməsi üçün işçi qrupu yaratdığını elan edib.
Səhiyyə və təhsil kimi sahələrdə istifadə üçün əsas modellərin hazırlanmasına kömək edəcək işçi qrupuna maliyyə ayırıb. Baş naziri Rişi Sunak açıqlamasında qeyd edib ki, süni intellektin potensialı iqtisadiyyatı inkişaf etdirmək, daha yaxşı maaşlı iş yerləri yaratmaq və sağlamlıq və təhlükəsizlik sahəsində irəliləyişlər vasitəsilə daha yaxşı gələcək qurmaq üçün böyük imkanlar təklif edir.
Bununla da Böyük Britaniya daha güclü iqtisadiyyat formalaşdıra və süni intellekt inkişafında liderliyi əldə edə biləcək.