Az | EN

Cənubi Koreya Google-u 32 milyon dollar cərimələyib

Bənövşə Kazımova
12 Aprel 2023 16:44
329 baxış
Cənubi Koreya Google-u 32 milyon dollar cərimələyib

Cənubi Koreyanın antiinhisar tənzimləyicisi Google-u rəqibin platformasında mobil video oyunların yayımını əngəllədiyi üçün 42,1 milyard von (31,88 milyon dollar) məbləğində cərimə etdiyini açıqlayıb.

Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyası (KFTC) çərşənbə axşamı bildirib ki, Google video oyun istehsalçılarından öz oyunlarını yalnız Google Play-də dərc etməyi tələb etməklə bazardakı üstünlüyünü artırıb, yerli proqram bazarı One Store-un gəlirinə və dəyərinə zərər vurub. KFTC-nin verdiyi açıqlamada şirkətə tətbiq edilən cəzanın hökumətin ədalətli bazarları təmin etmək səylərinin bir hissəsi olduğu bildirilib. Antiinhisar tənzimləyicisi onu da qeyd edib ki, Google-un hərəkətindən bəzi oyun istehsalçıları Netmarble, Nexon və NCSOFT, eləcə də digər kiçik şirkətlər təsirlənib.

Xatırladaq ki, daha əvvəl də 2021-ci ildə Google Android əməliyyat sisteminin fərdiləşdirilmiş versiyalarını blokladığı üçün KFTC tərəfindən 150 milyon dollardan çox cərimələnmişdi.

© copyright 2022 | tech.az | info@tech.az