Az | EN

Cənubi Koreya ilk yerli raketini kosmosa göndərib

Nail Valiyev
21 İyun 2022 13:30
268 baxış
Cənubi Koreya ilk yerli raketini kosmosa göndərib

Cənubi Koreyanın yerli resurslarla hazırlanmış ilk raketi ikinci dəfə Qoheung-gun şəhərindəki Naro Kosmik Mərkəzindən buraxılıb. Raketin daşıdığı peykləri Yerdən 700 kilometr hündürlükdə orbitə yerləşdirməsi planlaşdırılır.

Missiya uğurlu olarsa, Cənubi Koreya öz texnologiyası ilə kosmosa peyk buraxan 7-ci ölkə olacaq. Raketin bu ölkəyə 1,6 milyard dollara başa gəldiyi təxmin edilir. Çəkisi 200 ton, uzunluğu 47,2 metr olan raketin 6 mühərriki var.

Cənubi Koreyanın 2021-ci ildə Yer kürəsindən orbitə  1,5 tonluq faydalı yük yerləşdirmək üçün nəzərdə tutulan Nuri adlı raketinin ilk cəhdi uğursuz olmuş və daşıdığı peyki orbitə yerləşdirə bilməmişdi.

© copyright 2022 | tech.az | info@tech.az