Az | EN

Ceyms Uebb Kosmik Teleskopu "Cartwheel" qalaktikasının şəklini göndərib

Bənövşə Kazımova
03 Avqust 2022 13:30
341 baxış
Ceyms Uebb Kosmik Teleskopu "Cartwheel" qalaktikasının şəklini göndərib

NASA-nın inqilabi Ceyms Uebb Kosmik Teleskopu kosmosdan yeni şəkillər göndərməyə davam edir. Belə ki, teleskop indi də "Cartwheel" qalaktikasının heç vaxt görülməmiş yeni şəklini göndərib.

Bu qalaktika 1941-ci ildə isveçrəli astronom Fritz Zwicky tərəfindən kəşf edilib. Fritz tərəfindən "The Cartwheel Galaxy" adlandırılan qalaktika Yerdən təxminən 500 milyon işıq ili uzaqlıqdadır. Planetə bu ad verilməsinin səbəbi isə iki spiral qalaktikanın toqquşmasından irəli gəlir və iki arabanın təkərlərinə bənzəyir.

Teleskop tərəfindən çəkilmiş son görüntüdə solda iki kiçik spiral qalaktika və təkərə bənzəyən böyük, çəhrayı, xallı cisim göstərilir. Halbuki indiyədək bu qalaktikanın müşahidə gücü aşağı olduğu üçün onun haqqında məlumat almaq çətin idi. Qalaktika haqqında məlum olan tək şey isə onun mərkəzində kiçik bir spiral qalaktikanın olması idi.

© copyright 2022 | tech.az | info@tech.az