Az | EN

ChatGPT Almaniyada qadağan edilə bilər

Bənövşə Kazımova
07 Aprel 2023 13:14
368 baxış
ChatGPT Almaniyada qadağan edilə bilər

Almaniya hökumətində şəxsi məlumatların qorunmasından məsul vəzifəli şəxs kimi tanınan Ulrix Kelber Handelsblatt qəzetinə verdiyi müsahibədə məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbilə ChatGPT-ni bloklaya biləcəklərini bildirib.

Məlumat üçün bildirək ki, Fərdi Məlumatların Mühafizəsi qurumu ictimaiyyətə ChatGPT-nin istifadəçilərə şəxsi məlumatların necə toplandığı barədə heç bir şəkildə məlumat vermədiyini elan edib. Bundan əlavə, qurum ChatGPT üçün minimum yaş həddinin 13 olduğunu, lakin şirkətin yaş yoxlaması üçün heç bir filtrdən istifadə etmədiyini qeyd edib.

Alman vətəndaşlarının məlumat təhlükəsizliyi üçün ChatGPT-ni bloklamaqlarının mümkün olduğunu vurğulayan Kelber İtaliyadan mövzu ilə bağlı daha çox məlumat almaq istədiklərini söyləyib. 

© copyright 2022 | tech.az | info@tech.az