Az | EN

ChatGPT Android üçün aktivləşib

Səbinə Eyvazova
01 Avqust 2023 10:56
249 baxış
ChatGPT Android üçün aktivləşib

Ötən ilin sonunda təqdim edilən süni intellekt botu ChatGPT Android üçün ölkəmizdə də aktivləşib. Artıq Android istifadəçiləri tətbiqi telefonlarına yükləyərək rahat istifadə edə bilərlər.

ChatGPT ötən ilin sonunda təqdim edildikdən 5 gün sonra 1 milyon istifadəçiyə çatmaqla rekorda sahib idi. Daha sonra platformanın IOS üçün versiyası təqdim edilmişdi.

ChatGPT inkişaf etdirilmiş süni intellekt botudur. İstifadəçi botdan soruşduğu suala saniyələr içində cavab alır. Bu cavablar digər platformalarfan fərqli olaraq istifadəçiyə emal olunmuş şəkildə təqdim edilir.

© copyright 2022 | tech.az | info@tech.az