Az | EN

ChatGPT axtarış üçün Bing brauzerindən istifadə edəcək

Səbinə Eyvazova
30 İyun 2023 11:14
219 baxış
ChatGPT axtarış üçün Bing brauzerindən istifadə edəcək

OpenAI şirkəti süni intellektlə işləyən çatbotun ödənişli versiyası olan ChatGPT Plus abunəçiləri üçün yenilik gətirib. İstifadəçilər ChatGPT tətbiqində "Scan" adlı yeni funksiyadan istifadə edərək Bing-də axtarış edə biləcəklər. 

Bu funksiya həm iOS, həm də Android ChatGPT tətbiqlərində istifadə edilə biləcək. 

Qeyd edək ki, funksiyanı aktivləşdirmək üçün tətbiqin parametrlər hissəsinə daxil olub, model dəyişdirici hissədən GPT-4 seçmək lazımdır. Bu seçimdən sonra Bing brauzerində axtarış etmək mümkün olacaq.

© copyright 2022 | tech.az | info@tech.az