Çinin şimalındakı Qansu əyalətində ChatGPT-dən istifadə edərək saxta xəbərlər yazan şəxs həbs edilib. Bu, Çinin yeni anti-süni intellekt direktivlərinə uyğun gələn ilk addımlardan biri kimi görünür. Qanun yanlış məlumat yaymaq üçün süni intellekt xidmətlərindən sui-istifadəni qadağan edir.
Məlumata görə, Honq soyadı ilə tanınan şübhəli şəxs OpenAI-ın məşhur ChatGPT çatbotundan istifadə edərək, rəsmilərin "yalan məlumat" olduğunu bildirdikləri ölümcül qatar qəzasını təsvir edən xəbər məqalələri hazırlamaqda ittiham olunub. Səlahiyyətlilər xəbərlərin birdən çox versiyasının 20 fərqli hesabdan eyni vaxtda paylaşıldığını aşkar ediblər.
Açıqlamada Honq ChatGPT-dən saxta məzmun yaratmaq və pul qazanmaq üçün istifadə etdiyini etiraf edib. Qeyd edək ki, saxta məqalələr silinmədən əvvəl 15 000 dəfədən çox baxılıb.