Az | EN

ChatGPT-nin iOS mobil tətbiqetməsi yayımlanıb

Fidan Abbaszadə
19 May 2023 11:10
395 baxış
ChatGPT-nin iOS mobil tətbiqetməsi yayımlanıb

Süni intellekt sahəsində sürətlə irəliləyən ChatGPT-nin iOS üçün mobil tətbiqetməsi hazırlanıb. Yayımlanan mobil proqramla istifadəçilər süni intellekti daha rahat şəkildə istifadə edə biləcəklər. Pulsuz istifadə edilə biləcək olan mobil ChatGPT cihazla sinxron işləyib və tamamilə fərdi təcrübə təqdim edəcək. Tətbiq süni intellektlə işləyərək istifadəçilərinə bir çox üstünlüklər verir. Təqdim olunan üstünlüklərdən bəziləri aşağıdakılardır:

Sürətli Nəticələr: Uzun axtarış sorğularını və ya reklamları təhlil edərək, istifadəçini birbaşa istədiyi nəticəyə aparır.

Fərdi Təkliflər: İstifadəçi vərdişlərini təhlil edərək, yemək, içki, əyləncə və xüsusi gün mesajları ilə bağlı tövsiyələr verir.

Yaradıcılıq: Dostunun ad günü üçün istifadəçiyə hədiyyə ideyaları vermək, istifadəçidən alınan mövzuda şeir yazmaq və ya hekayəni tamamlamaq kimi yaradıcılıq tələb edən tapşırıqları yerinə yetirir.

Peşəkar Analiz: İş faylını təhlil etmək, rəy bildirmək, hər hansı bir hesabatı ümumiləşdirmək və ya təqdimatları təkmilləşdirmək kimi peşəkar vəzifələrdə fəal rol oynayır.

Şəxsi Öyrənmə Planı: İstifadəçinin vərdişlərini nəzərə alaraq yeni bir dil, elmi sahə və ya cihazı öyrənmək üçün fərdiləşdirilmiş plan yarada bilir.

Mobil cihazların səmərəliliyini yüksək səviyyəyə daşıyacaq tətbiqin hələlik istifadəsi pulsuz olsa da , GPT-4 xüsusiyyətlərindən faydalanmaq üçün ChatGPT Plus abunəliyi tələb olunur.

ChatGPT mobil proqramı hazırda yalnız ABŞ-də mövcuddur. İstifadəçilərdən aldığı rəylər istiqamətində tətbiqi bütün ölkələrdə aktivləşdirəcəyini bildirən OpenAI, yaxın zamanda proqramın Android üçün də istifadəyə veriləcəyini qeyd edib. 

© copyright 2022 | tech.az | info@tech.az