Az | EN

ChatGPT-nin mobil tətbiqi sentyabr ayında 4,58 milyon dollar gəlir əldə edib

Səbinə Eyvazova
10 Oktyabr 2023 14:59
223 baxış
ChatGPT-nin mobil tətbiqi sentyabr ayında 4,58 milyon dollar gəlir əldə edib

OpenAI tərəfindən hazırlanmış süni intellektə əsaslanan söhbət botu ChatGPT-nin mobil tətbiqi sentyabr ayında 15,6 milyon yükləməyə çatıb və təxminən 4,6 milyon dollar ümumi gəlir əldə edib. Populyarlığını artıran bu proqram iOS və Android platformalarında istifadəçilərə təklif edilir və gündəlik həyatda aktiv şəkildə istifadə edilən alətə çevrilib. 

Sentyabrda xalis gəlir Apple və Google-un tətbiqdaxili alış gəlirlərini nəzərə alaraq 3,2 milyon dollara düşüb. Bununla belə, gəlirlərin artım tempi son vaxtlar 20 faizə enib. ChatGPT-nin mobil tətbiqi üçün gəlir son bir neçə ay ərzində artıb. İyun ayında 2,1 milyon dollar, iyulda 2,74 milyon dollar, avqustda 3,81 milyon dollar və sentyabrda 4,58 milyon dollar olaraq qeydə alınıb.

Lakin ChatGPT-dən başqa, Ask AI adlı başqa bir süni intellekt proqramı da diqqəti cəlb edir. Sentyabrda ChatGPT-dən daha çox gəlir əldə edən Ask AI 5,51 milyon dollarla lider olub.

© copyright 2022 | tech.az | info@tech.az