Az | EN

Çin ChatGPT-nin rəqibi SparkDesk-i tanıdıb

Fidan Abbaszadə
08 May 2023 17:33
446 baxış
Çin ChatGPT-nin rəqibi SparkDesk-i tanıdıb

Çatbot trendində iştirak edən şirkətlərin sayı günü-gündən artır. Çinin səs tanıma və süni intellekt şirkəti iFLYTEK də inkişaf etdirmiş olduğu "SparkDesk" çatbotu ilə bazara daxil olub.

Təqdimat zamanı iFLYTEK-in baş direktoru Liu Qingfeng çatbot üzərində çin və ingilis dillərində bir sıra testlər keçirib. Çatbotdan esseləri qiymətləndirməyi və Konfutsinin 2008-ci il Pekin Olimpiadasında iştirakı ilə bağlı hipotetik hekayə yazması istənilib. SparkDesk üzərinə düşən vəzifələri uğurla yerinə yetirib və tədbir iştirakçılarının müxtəlif mövzulara yönəlmiş suallarını cavablandırıb. 

Qingfeng bildirib ki, SparkDesk ingilis dilindən əlavə, həm də çin dilini anladığına görə ChatGPT-ni keçəcək. Yeri gəlmişkən, qeyd edək ki, iFLYTEK öz çatbotunu hazırlamaq qərarına gələn yeganə Çin şirkəti deyil.

© copyright 2022 | tech.az | info@tech.az