Çin "superkompüter şəbəkəsi" yaratmaq üçün tədqiqat və təkmilləşdirmə işlərinə başladığını açıqlayıb.
Çinin Elm və Texnologiya Nazirliyi sektordakı problemlərin həllinə dəstək olmaq üçün superkompüter internetinin yaradılmasını təklif ediblər. Bildirilir ki, bir-birinə bağlı superkompüterlərdən ibarət olması nəzərdə tutulan şəbəkədə istifadəçilərin tək platforma vasitəsilə birdən çox maşına daxil olması hədəflənib. Bu yolla mərkəzlər Çinin müxtəlif nöqtələrində superkompüterlə tək şəbəkə üzərindən işləyə biləcəklər.
Onuda vurğulayaq ki, super güclü kompüterlər həlli çox vaxt aparan riyazi problemlər, fizika elmlərinə aid modellər və insan zəkasının kifayət etmədiyi mürəkkəb hesablamalar üçün nəzərdə tutulub.