Az | EN

Çində dünyanın ən böyük tankeri inşa edilib

Bənövşə Kazımova
06 Aprel 2023 16:17
379 baxış
Çində dünyanın ən böyük tankeri inşa edilib

Çinin Dalyan şəhərində layihələndirilmiş və tikilmiş, dinamik yerləşdirmə (DP) sistemi ilə təchiz edilmiş nəhəng “NS PIONEER” tankeri istismara verilib.

Verilən məlumatlarda bildirilir ki, tanker Çin Milli Okean Neft Korporasiyası tərəfindən dünyanın ən böyük dərinsulu neft və qaz yatağı - Braziliyanın Buzios və Mero yataqları üçün “Dalyan” gəmiqayırma zavoduna sifariş edilib.Tankerin uzunluğu 279 metr, eni isə 48 metrdir.

Həmçinin yükgötürmə qabiliyyəti 155 min ton olan bu tanker Braziliyanın “Petrobras” neft və qaz şirkətinin ən son texniki xüsusiyyətlərinə uyğun şəkildə inşa edilib. Buna görə də o, hazırda bu standarta uyğun dünyanın ən böyük DP tankeridir.

© copyright 2022 | tech.az | info@tech.az