Anthropic, Claude Sonnet 4 modelini yeniləyərək onun 1 milyon token məlumatı bir anda emal etməsini mümkün edib. Bu, modelin daha böyük layihələrdə işləməsini təmin edir, məsələn, minlərlə sətrlik kod və ya bir neçə tədqiqat məqaləsini eyni vaxtda analiz etmək olar.
Uzun kontekst dəstəyi hazırda Anthropic API və Amazon Bedrock vasitəsilə sınaq rejimində istifadəyə açıqdır. Tezliklə Google Cloud Vertex AI platformasında da mövcud olacaq.
Yeni imkan sayəsində inkişafçılar layihələrdə bütün kod bazasını və sənədləri bir yerdə yükləyərək layihənin strukturu və fayllar arasındakı əlaqələri asanlıqla görə biləcəklər. Model həmçinin hüquqi müqavilələr, tədqiqat sənədləri və texniki məlumatları konteksti qoruyaraq analiz edə bilir.
API qiymətləri belədir: 200 min token və aşağı sorğular üçün giriş 1 milyon tokenə 3 dollar, çıxış 15 dollar; 200 min tokeni keçən sorğularda isə giriş 6 dollar, çıxış 22,50 dollar.
Prompt caching funksiyası uzun kontekst istifadəsində xərcləri və cavab vaxtını azaldır, batch processing isə əlavə olaraq 50%-ə qədər qənaət təmin edir. Yeni funksiyalar yaxın həftə daha geniş istifadəçilər üçün açılacaq.