Az | EN

CoffeeStep-ə abunə olaraq kofeşoplardan istənilən içkini daha ucuz ala biləcəksiniz

Cəmil Hüseynzadə
18 Yanvar 2024 17:10
1496 baxış
CoffeeStep-ə abunə olaraq kofeşoplardan istənilən içkini daha ucuz ala biləcəksiniz

CoffeeStep startapının təqdimatına çox az qalıb. Startap abunəlik əsaslı kofe satışını həyata keçirəcək. Yəni istifadəçilər tətbiqdə abunəlikdən yararlanaraq tərəfdaş kofeşoplarda mövcud içkilər siyahısından gündəlik bir içki içmək imkanı əldə edəcəklər. Bundan əlavə, tətbiqdə yaxınlıqdakı kafelərdə rahat axtarışı ( və ya xəritə vasitəsi ilə), bütün loyallıq kartlarının bir yerdə saxlanması, sifariş tarixçəsinə baxmaq və buna oxşar daha çox pulsuz funksiyalar malikdir.

Təsisçilər bildirirlər ki, CoffeeStep istifadəçilərə rahat interfeys və qənaəti təmin edir. Bir abunə qiymətinə istifadəçilər hər gün bir içki içə biləcəklər. Bu halda bir içki istifadəçi üçün cəmi 2.10-a başa gələcək. Kofeşoplarda isə əlavə trafik və yeni daimi müştəriləri cəlb etmək imkanı əldə edirlər. Həmçinin kofeşoplar marketinq və əlavə satış üçün yeni kanala çıxış qazanırlar.

Özəl investorlardan investisiya alan startap hazırda test mərhələsindədir. Yanvar ayının sonunda startap bütün istifadəçilər üçün əlçatan olacaqdır.

© copyright 2022 | tech.az | info@tech.az