Rusiyalı sahibkar Mixail Kokoriç tərəfindən İsveçrədə qurulan Destinus startapı hava səyahətinin vaxtını ən azı 5-10 dəfə azaldacaq.
Yeni hipersonik reaktiv təyyarədə qalxma və eniş anları üçün hidrogenlə işləyən turboreaktiv mühərriklərdən istifadə ediləcək. Hipersonik- in sürətini artırmaq üçün ayrıca ramjet raket mühərriki olacaq. Bir üstünlük olaraq atmosferə yalnız istilik və su buxarı buraxacağını söylənilir. Şirkət həmçinin daha yuxarı sürətlə səyahət edə bilən yeni nəsil hidrogenlə işləyən təyyarə prototipi üzərində işləyir. Bunun səs sürətindən 5 dəfə çox sürətlə hərəkət edə biləcəyi bildirilir.
Onu da bildirək ki, Destinus- un ilk təyyarə prototipi 25 sərnişini 7500 km-ə qədər daşıya biləcək. Zamanla həm sərnişinlərin sayı, həm də uçuş məsafəsi artacaq. Şirkətin gələcək planlarında 100 nəfərlik sərnişin təyyarəsi istehsal etməyi hədəfləyir.