Az | EN

Donald Tramp kriptovalyuta ehtiyatı yaradıb

Nigar Sultanli
07 Mart 2025 12:26
294 baxış
Donald Tramp kriptovalyuta ehtiyatı yaradıb

Tramp ölkənin kriptovalyuta ehtiyatı yaratması ilə bağlı yeni fərman imzalayıb. Bu ehtiyatda təxminən 200 min Bitcoin olacaq. Məlumatı ABŞ-nin süni intellekt və kriptovalyutalar üzrə xüsusi nümayəndəsi David Sacks verib.

Ehtiyat əsasən ABŞ Maliyyə Nazirliyinin nəzarətində olan və müxtəlif cinayət və mülki işlər zamanı müsadirə edilən Bitcoin-lərlə formalaşacaq. Sənəddə qeyd edilir ki, bu ehtiyatdakı Bitcoin-lər satılmayacaq və uzunmüddətli saxlanılacaq.

Trampın fərmanı həmçinin ABŞ-nin rəqəmsal aktiv ehtiyatı yaratmasını da nəzərdə tutur. Buraya başqa kriptovalyutalar da daxil ediləcək, amma onların tam siyahısı açıqlanmayıb. Donald Tramp əvvəllər Bitcoin-ə qarşı çıxış edirdi. 2021-ci ildə onu "fırıldaq" adlandırmışdı. Amma 2024-cü ildə seçki kampaniyası zamanı fikrini dəyişərək kriptovalyutanın ABŞ üçün vacib olduğunu demişdi.

2 mart 2025-ci ildə Tramp ABŞ-ın strateji kriptovalyuta ehtiyatına XRP, SOL və ADA-nın daxil ediləcəyini elan etdi. Daha sonra isə ehtiyatın əsasını Bitcoin (BTC) və Ethereum (ETH) təşkil edəcəyini bildirdi. ABŞ hökumətinin bu addımı ölkənin kriptovalyuta bazarında güclənmək istədiyini göstərir.

© copyright 2022 | tech.az | info@tech.az