Az | EN

DOST Agentliyi 140 min manata “Chatbot” alır

Səbinə Eyvazova
11 Oktyabr 2023 11:50
620 baxış
DOST Agentliyi 140 min manata “Chatbot” alır

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Whelp startapı ilə müqavilə imzalayıb. 140 min manatlıq müqavilədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən “Chatbot” (Sosial bot) platformasının satın alınması nəzərdə tutulur. 

Whelp startapı müəsisə və təşkilatlara müxtəlif kanallardan gələn mesajları bir platformada birləşdirməyə kömək edir. Startap Seymur Rəsulov və Enrike Nur tərəfindən qurulub. İndiyədək startap 250 min dollar investisiya alıb. Techstarts və 500 Global kimi beynəlxalq akselerasiya proqramlarında iştirak edib. 
2021-ci ildə dövlət qeydiyyatına alınan “VVHELP” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Seymur Rəsulovdur.

© copyright 2022 | tech.az | info@tech.az