Az | EN

Dünyada ilk dəfə olaraq sürücüsüz avtobus xidməti fəaliyyətə başlayır

Nail Valiyev
10 Aprel 2023 15:29
689 baxış
Dünyada ilk dəfə olaraq sürücüsüz avtobus xidməti fəaliyyətə başlayır

Avtobus şirkəti olan Stagecoach dünyada ilk dəfə olaraq Şotlandiyada tam ölçülü və sürücüsüz avtobus xidmətlərini təqdim edəcəyini açıqlayıb. 

Mayın 15-də başlayacaq birinci mərhələdə avtobusların getdiyi marşrut qısa olacaq, daha sonra isə uzadılacaq. Bu avtobusların hər biri əvvəlcədən seçilmiş marşrutlar üzrə saatda 80 kilometrə qədər sürətlə sərnişin daşıyacaq. Avtobuslar avtonom olsa da, fövqəladə halların aradan qaldırılması üçün avtomobillərdə iki nəfər personal olacaq. Sürücü oturacağında əyləşən sürücü lazım olduqda idarə etməni ələ ala biləcək.

Qeyd edək ki, təxminən 22 kilometrlik marşrutla hərəkət edəcək 5 avtobus xidmətə veriləcək. Birmərtəbəli Level 4 sürücüsüz tam avtonom avtobuslar həftədə təxminən 10 min sərnişin daşıya biləcək.

© copyright 2022 | tech.az | info@tech.az