Az | EN

E-ticarət markalarını alaraq inkişaf etdirən “Razor Group” 88 milyon dollarlıq investisiya alıb

Nail Valiyev
18 Aprel 2023 11:09
327 baxış
E-ticarət markalarını alaraq inkişaf etdirən “Razor Group” 88 milyon dollarlıq investisiya alıb

Uğurlu e-ticarət markalarını satın alaraq inkişaf etdirən startap, Almaniya mərkəzli “Razor Group” investisiya aldığını açıqlayıb. “Razor Group” tərəfindən verilən məlumata görə, müəssisə C seriyalı investisiya turunu 88,4 milyon dollarlıq investisiya ilə bağlayıb.

“Razor Group”un C seriyalı investisiya raundunda iştirak edən investorlara Upper90, L Catterton, Presight Capital, Blackrock, GFC, LatinLeap və Redalpine və 468 Capital daxildir.

“Razor Group” rəqibi mövqeyində olan “Stryze Group”u satın aldığını da açıqlamalarında bildirib. Məlumat üçüb bildirək ki, “Razor Group” kimi, Almaniyada fəaliyyət göstərən startap olan “Stryze Group” da bu günə qədər 100 milyon dollar investisiya alıb.

Bazardakı uğurlu satış qrafiki olan markalara sərmayə qoyan və sonra onları satın alan “Razor Group” aldığı markaları genişləndirərək yoluna davam edir.

© copyright 2022 | tech.az | info@tech.az