Hindistanda yerləşən səhiyyə startapı Eka Care 15 milyon dollar sərmayə alıb. 15 milyon dollarlıq investisiya turuna Hummingbird Ventures rəhbərlik edib. Turda 3one4Capital, Mirae Assets, Verlinvest və Aditya Birla Ventures də iştirak edib.
Yeni sərmayənin məhsul inkişaf etdirilməsi və Ar-Ge işlərində istifadə ediləcəyi bildirilir. Bu investisiya ilə şirkətin ümumi investisiya məbləği isə 20 milyon dollara çatıb.
Startap istifadəçilərə reseptləri, laboratoriya və skrininq hesabatlarını, peyvənd qeydlərini, ürək döyüntüsü, qan qlükoza ilə bağlı məlumatlarını rəqəmsal şəkildə saxlamağa imkan verir. Vikalp Sahni və Deepak Tuli tərəfindən qurulan Eka Care həkimlərə rəqəmsal reseptlər yazmağa və xəstələri ilə onlayn ünsiyyət qurmağa imkan verir. İndiyə qədər 30 milyondan çox elektron sağlamlıq qeydi saxlayan Eka Care 5 mindən çox həkim tərəfindən istifadə edilir.