Az | EN

Europol ChatGPT ilə bağlı xəbərdarlıq edib

Nail Valiyev
29 Mart 2023 10:56
419 baxış
Europol ChatGPT ilə bağlı xəbərdarlıq edib

Süni intellektlə işləyən ChatGPT cinayət məqsədləri üçün istifadə oluna bilər.

Aİ-nin polis qüvvəsi olan Europol fişinq cəhdləri, dezinformasiya və kibercinayətkarlıqda süni intellektlə işləyən ChatGPT çatbotundan sui-istifadə halları barədə xəbərdarlıq edib.

"ChatGPT-nin yüksək realistik mətn yaratmaq qabiliyyəti onu fişinq hücumları üçün faydalı alətə çevirir", - deyə Europol açıqlama verib.

Həmçinin ChatGPT-nin müəyyən fərdlərin və ya qrupların danışıq tərzini təqlid etmək üçün cinayətkarlar tərəfindən qurbanları hədəf almaq üçün istifadə oluna biləcəyi bildirilib.

Bundan əlavə, Europol texniki bilikləri az olan kibercinayətkarların zərərli kod yaratmaq üçün ChatGPT-ə müraciət edə biləcəyini vurğulayıb.

© copyright 2022 | tech.az | info@tech.az