Foto redaktə proqramı PhotoRoom A Seriyasının maliyyələşdirmə mərhələsində 19 milyon dollar investisiya alıb.
Balderton Capital-ın rəhbərlik etdiyi investisiya raundunda Facebook, Hugging Face və Disney+ şirkətlərinin mələk investorları iştirak ediblər. Qeyd edək ki, tura vençurun mövcud investorlarından biri olan Adjacent də qatılıb.
Startap Mathyu Ruif və Eliot Andres tərəfindən qurulub. Daha əvvəl aylıq 300000 aktiv istifadəçisi olan və yalnız iOS əməliyyat sisteminə malik cihazlarda əlçatan olan PhotoRoom indi iOS və Android cihazlarında ümumilikdə 40 milyon yükləməyə çatıb. Üstəlik, PhotoRoom-un aylıq 7 milyon aktiv istifadəçisi və minlərlə ödənişli abunəçisi var.
Bildirək ki, startapın üzvlük paketləri ayda 9,99 dollardan illik 69,99 dollara qədər fərqlənir.