Az | EN

Frank Startapının Qurucusu JPMorgan-ı aldatdığına görə 7 İl həbs cəzası aldı

Nigar Sultanli
30 Sentyabr 2025 15:58
195 baxış
Frank Startapının Qurucusu JPMorgan-ı aldatdığına görə 7 İl həbs cəzası aldı

Frank startapının təsisçisi və "Forbes 30 Under 30" siyahısının üzvü olan Çarli Ceyvis, fırıldaqçılığa görə yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Frank JPMorgan Chase bankı tərəfindən 2021-ci ildə 175 milyon dollara satın alınmışdı. Lakin bank sonradan Ceyvis-i müştəri bazası haqqında yalan məlumat verməkdə ittiham etdi; belə ki, təsisçi şirkətin 4 milyon müştərisi olduğunu iddia etsə də, əslində bu rəqəm cəmi 300 min idi. Bu hal, JPMorgan Chase-in satın alma prosesindən əvvəl lazımi due diligence (dərin araşdırma) işini lazımi səviyyədə aparmadığını göstərir.

Məhkəmə prosesi zamanı Frank-in keçmiş mühəndisi Patrik Vovor, Ceyvis-in ondan satışdan öncə saxta istifadəçi məlumatları yaratmağı xahiş etdiyini təsdiqləyib. Mühəndis bu təklifi rədd etdikdə isə, Ceyvis saxta məlumatları hazırlamaq üçün riyaziyyat professoru və məlumat mütəxəssisi Adam Kapelner-dən kömək istəyib. Kapelner məhkəmədə prokurorluq üçün əsas sübutları təqdim edən şəxslərdən biri olub.

Çarli Ceyvis, digər müttəhim, Frenk-in baş inkişaf direktoru Olivye Amar ilə birlikdə, banka dəymiş zərərin əvəzi olaraq 278.5 milyon dollar həcmində təzminat ödəməli olacaq.

© copyright 2022 | tech.az | info@tech.az