Gamepons tərəfindən studiyalara və ya oyun studiyası qurmaq istəyən komandalara fiziki məkan dəstəyi - rezidentlik göstərilir. Rezidentliyin əsas məqsədi Azərbaycanda oyun sektorunun inkişafına dəstək olmaq və ekosistemin yeni oyunçularını hazırlamaqdır. Rezidentlik çərçivəsində hər komandaya 3 aylıq müasir standartlara uyğun ofis dəstəyi göstərilir. 3 aydan sonra komandanın gördüyü işə və nailiyyətlərə görə rezidentlik müddəti uzadılır.
Gamepons ofisində rezident olan komandalar aşağıdakı imtiyazlardan yararlana bilərlər:
- Gamepons tədbirlərində ödənişsiz iştirak
- Oyun yayımçı şirkətlərinə (“publisher”) çıxış
- İnvestisiyalara çıxış dəstəyi
- “Gamedev” təlimlərindən yararlanmaq
Rezidentlik üçün buradan qeydiyyatdan keçə bilərsiniz.
Gamepons platforması oyun studiyalarının və oyun tərtibatçılarının inkişafı üçün onlara dəstək göstərir. Həmçinin, bir sıra beynəlxalq brendlərin ölkə üzrə təlimsilçisi olan Gamepons bu tədbirləri Bakıda keçirir.