Az | EN

“Google” dünya üzrə “iOS” üçün “Gemini” tətbiqini istifadəyə verib

Röya Yusifbəyli
14 Noyabr 2024 20:10
207 baxış
“Google” dünya üzrə “iOS” üçün “Gemini” tətbiqini istifadəyə verib

“Google” süni intellektlə işləyən öz “Gemini” çatbotu üçün hazırladığı tətbiqi dünya üzrə “IOS” əməliyyat sistemi üçün istifadəyə verib. İndiyədək “IOS” istifadəçiləri “Gemini”yə sorğu daxil etmək üçün ya “Google” tətbiqindən, ya da mobil axtarış sistemindən istifadə etməli idilər. Yeni “Gemini” “IOS” proqramı dünya üzrə 35 dili dəstəkləyir. Üstəlik istifadəçilər “Gemini Live” xüsusiyyəti ilə İngilis, İspan, Fransız, Alman, Hind, Portuqal, Ərəb, İtalyan, İndoneziya, Yapon, Türk və Vyetnam daxil olmaqla 12 dildə “Gemini” çatbotu ilə söhbət edə bilərlər. Şirkət tezliklə çatbotun başqa dilləri də dəstəkləyəcəyini bildirib.“Gemini”ın sorğu daxil etmək, müxtəlif reseptlər təklif etmək və ya elmi tədqiqatlar üçün kömək axtarmaq və s kimi xüsusiyyətləri indiyədək “Google” tətbiqi və mobil axtarış sistemi vasitəsilə mövcud olsa da, “Gemini Live” “IOS” tətbiqi üçün yeni əlavədir.

Bundan başqa istifadəçilər “Google’s Imagen 3” modeli vasitəsilə şəkillər də yarada bilərlər.Avqust ayında şirkət “Gemini Advanced”, “Business” və “Enterprise” istifadəçiləri üçün yenidən insan fotoları yaradılmasına icazə verib. Belə ki, şirkət qeyri-dəqiq şəkillərin yaradılması səbəbilə gələn tənqidlərə görə bu funksiyanı aylar öncə dayandırmışdı.

İstifadəçilər həmçinin “Gemini”a “Gmail”, Xəritə, “YouTube” və Təqvim haqqında suallarını da verə bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az