Az | EN

Google Play Store-un dizaynı yenilənib

Səbinə Eyvazova
18 Dekabr 2023 11:17
206 baxış
Google Play Store-un dizaynı yenilənib

Google Play Store yenilənmiş dizaynla 2024-cü ilə addımlamağa hazırlaşır. Lakin bu yeniliklə tətbiqdə axtarış çubuğu yoxa çıxıb.

Yeni versiyanı yükləyən bəzi istifadəçilər Plat Store-də axtarış panelinin olmamasından şikayətlənirlər. Hələlik Google Play Store-dan bu məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, istifadəçilər tövsiyə olunan tətbiqlərin üzərinə klikləməli və daha sonra yükləmək istədikləri tətbiqi tapmaq üçün oradakı axtarış çubuğundan istifadə etməlidirlər.

Yeniləmədə bəzi səhvlərin olub-olmaması və ya axtarış çubuğunun məqsədli şəkildə silinib-çıxarılması hələ də aydın deyil. Bununla belə, bu problemi həll etmək üçün istifadəçilər yeniləməni Google Play Store tətbiqinə geri qaytarmaqla köhnə dizayna və funksionallığa qayıda bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az