Az | EN

GOUP Bakıda İT mütəxəsisslərini bir yerə topladı

Nail Valiyev
06 Noyabr 2023 18:11
870 baxış
GOUP Bakıda İT mütəxəsisslərini bir yerə topladı

Dünən Bakıda Techbrains2023_Baku tədbiri keçirilib. Tədbirdə Azərbaycanlı süni intellek və İT mütəxəssisləri iştirak ediblər. Onlar tədbir süni intellekt alətləri, onların tətbiqi və texniki istiqamətləri haqqında danışıblar. 30-dan çox məruzəçinin çıxış etdiyi tədbirində süni intellektin tətbiqi ilə bağlı dizayner və marketoloqlar da çıxış ediblər. Onlar tətbiq etdikləri alətlər barədə danışıblar.

GOUP-un təşkilatçılığı ilə keçirilən tədbirə Amerika, Almaniya, Lüksemburq, İngiltərə və digər ölkələrdə yaşayan azərbaycanlılar qoşulublar. 
Tədbir GOUP-un təşəbbüsü, EACAMP təşkilatçılığı, DBondX, Digital Cast və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilib. 

GOUP azərbaycanlı İT sahəsinin ekspertlərini bir araya toplayır. İcmanın təşkilatçılığı ilə həm Azərbaycanda, həm də San Fransiskoda tədbirlər keçirilir.

© copyright 2022 | tech.az | info@tech.az