Az | EN

GPT-5-lə bağlı məlumatlar sızdırılıb

Nail Valiyev
03 Avqust 2023 12:33
334 baxış
GPT-5-lə bağlı məlumatlar sızdırılıb

Məlum olub ki, Open AI GPT-5 ticarət nişanı üçün müraciət edib və bu müraciət ABŞ Patent və Ticarət Nişanları İdarəsi tərəfindən qəbul edilib. Bu inkişaf, xüsusilə dil modeli texnologiyası və süni intellektlə maraqlananlar üçün böyük xəbərdir.

Lakin bu Open AI-nin baş direktoru Sem Altmanın əvvəlki açıqlamasına ziddir. Altman bir neçə ay əvvəl bildirmişdi ki, GPT-5 üzərində çalışmalar getmir. Buna görə də şirkətin planlarının dəyişdirildiyi düşünülür.

İyulun 18-də müraciət edilən və bu gün etibarilə USPTO tərəfindən qəbul edilən GPT-5 ticarət markası ilə bağlı edilən açıqlamalarda bu ticarət markasının da süni intellekt dili modeli olduğu açıq şəkildə ifadə edilir. 

GPT-5-in tam olaraq nə təklif edəcəyi ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb. Lakin bu yeni versiya əvvəlki versiyalarının uğurunu davam etdirə bilsə, dil modelləşdirmə və süni intellekt sahəsində ciddi irəliləyişlər əldə edilə bilər.

© copyright 2022 | tech.az | info@tech.az