GPT-5 və ya nə adlandırılacağından asılı olmayaraq, ötən zaman ərzində dəfələrlə qeyri-müəyyən şəkildə haqqında çox şey danışıldı. Llakin dünən OpenAI-nin Baş Texnologiya Direktoru Mira Murati onun imkanları ilə bağlı əlavə aydınlıq gətirdi.
Açıqlamada Murati GPT-4-dən GPT-5-ə keçidi orta məktəbdən universitetə qədər böyüyən biri kimi təsvir edib.
Murati deyir: "Əgər təkmilləşmə trayektoriyasına baxsanız, GPT-3 kimi sistemlər bəlkə də uşaq səviyyəli zəka idi. Və sonra GPT-4 kimi sistemlər daha çox ağıllı orta məktəb intellektinə bənzəyir. Və sonra, yaxın bir neçə il ərzində biz xüsusi problemləri həll etmək üçün PhD ıntelligence-dən istifadə edəcəyik. İşlər olduqca sürətlə dəyişir və yaxşılaşır”.