Az | EN

GTA VI hələ satışa çıxmadan 1,7 milyard dollarlıq gəlir əldə edib

Cəmil Hüseynzadə
20 Noyabr 2026 11:17
71 baxış
GTA VI hələ satışa çıxmadan 1,7 milyard dollarlıq gəlir əldə edib

Rockstar Games-in illərdir gözlənilən “GTA VI” oyunu 19 noyabr tarixindəki təqdimatından əvvəl ilkin sifarişlər hesabına təxminən 1,7 milyard dollarlıq potensial gəlirə çatıb.

Oyunun hazırlanma xərclərinin təxminən 1 milyard dollar olduğu iddia edilir. Beləliklə, “GTA VI” hələ satışa çıxmadan bu məbləği üstələyən ümumi satış həcminə nail olub.

Sensor Tower məlumatlarına əsaslanan təxminlər “GTA VI”nın videooyun sənayesinin tarixində ən böyük kommersiya təqdimatlarından birinə hazırlaşdığını göstərir.

Rockstar Games və onun ana şirkəti Take-Two bu satış rəqəmlərini hələlik rəsmi olaraq təsdiqləməyib.

© copyright 2022 | tech.az | info@tech.az