Az | EN

Huawei üçüncü tərəf məhsullarında brend və loqosundan istifadə edilməməsini istəyir

Bənövşə Kazımova
11 Aprel 2023 16:02
304 baxış
Huawei üçüncü tərəf məhsullarında brend və loqosundan istifadə edilməməsini istəyir

Huawei öz markasını modem, infrastruktur həlləri və avtomobillər kimi müxtəlif sahələrdən təmizləməyə çalışır. Çin şirkəti üçüncü tərəf məhsullarında onun brendi və loqosunun olmamasını istəyir. Bu addımla şirkət reputasiyasını qorumaq və brenddən sui-istifadə hallarının qarşısını almağı istəyir.

Huawei-nin təsisçisi və baş direktoru Ren Tsengfay şirkətin bütün rəsmilərini və tərəfdaşlarını buna əməl etməyə çağırıb. Çin istehsalçısı həmçinin mağazalardakı bütün reklam materiallarının yığışdırılmasını istəyib.

Xatırladaq ki, bəzi telefon istehsalçılarının Huawei dizaynlarından istifadə etmək hüququ var. Məsələn, Çində Hi Nova 10 adlı telefon var. Bu cihaz Huawei Nova 10-un dizayn və texniki xüsusiyyətlərindən istifadə edir. Lakin bundn sonra artıq istehsalçının loqotipi belə cihazlarda istifadə edilməyəcək.

Digər tərəfdən, mağazalar satış və tanıtım şüarlarında Huawei ifadəsini seçə bilməyəcək. Yaxın gələcəkdə bütün tərəfdaşların bu çağırışa cavab verməsi gözlənilir.

Şirkətin niyə belə bir qərar verdiyi hələlik bəlli deyil. Ancaq bu qərarla Huawei adının yanlış təqdimatdan qorunmaq və markadan sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıdığı düşünülür.

© copyright 2022 | tech.az | info@tech.az